-
- 9-04-2021, 19:49
- 674
Rusiya və Türkiyə prezidentləri Ukrayna böhranını MÜZAKİRƏ ETDİLƏR
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bu gün baş tutan telefon danışığı zamanı Ukrayna böhranı da müzakirə edilib.
News24.az Rusiya mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidentinin xahişi əsasında V. Putin Ukrayna böhranının həlli ilə bağlı Rusiyanın mövqeyini açıqlayıb.
Bildirilib ki, münaqişənin həlli ilə bağlı 2015-ci ildə əldə olunan Minsk razılaşmalarının alternativi yoxdur. Eyni zamanda, Ukrayna tərəfinin Minsk razılaşmalarının həyata keçirilməsindən boyun qaçırması, son günlərdə təmas xəttində vəziyyəti gərginləşdirməyə yönəlmiş təhlükəli təxribatlarının yenidən başlanması ilə bağlı narahatlıq ifadə olunub.