Təhsil Nazirliyi yeni layihəyə start verdi
    • 14-04-2021, 15:49
    • 352

Təhsil Nazirliyi yeni layihəyə start verdi

Təhsil Nazirliyinin rəsmi "Instagram" səhifəsi üzərindən "Tələbə doğru" adlı yeni layihəyə start verilir. 

News24.az xəbər verir ki, layihə çərçivəsində hər həftə ərzində təhsil sahəsinə dair müxtəlif və maraqlı mövzulara dair canlı yayım təşkil ediləcək. 

İlk canlı yayım 15 aprel saat 16:30-da baş tutacaq. Canlı yayım "Məktəb dövründə insanın psixo-emosional xüsusiyyətləri" mövzusuna həsr olunacaq. 

Mövzuya dair sizi maraqlandıran sualları bu postun rəy bölməsində qeyd edə bilərsiniz. 

Canlı yayımı izləməyi unutmayın!