Ucarda bıçaqlanma olub, ölən var
    • 14-04-2021, 17:49
    • 336

Ucarda bıçaqlanma olub, ölən var

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində rayon ərazisində qeydə alınıb.

Ağır bıçaq xəsarətləri ilə rayon sakiniləri - 1985-ci il təvəllüdlü Validə Məzahir qızı Kərimova və Qarabörk kənd sakini, 1988-ci il təvəllüdlü Qasim Fazil oğlu Məmmədov Ucar Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Həkimlərin səyinə baxmayaraq V. Kərimova xəstəxanada ölüb.

Hadisənin hansı şəraitdə baş verməsi hələki dəqiq məlum deyil.

Faktla bağlı araşdırma aparılır.