Ermənistanda erkən parlament seçkiləri - PAŞİNYAN TARİXİ AÇIQLANDI
    • 18-03-2021, 17:12
    • 405

Ermənistanda erkən parlament seçkiləri - PAŞİNYAN TARİXİ AÇIQLANDI

Ermənistan parlamentinə erkən seçkilər iyunun 20-də keçiriləcək.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" hesabında yazıb.

N.Paşinyanın sözlərinə görə, bu gün o, "Çiçəklənən Ermənistan" fraksiyasının lideri Qaqik Tsarukyan ilə görüşüb. Tərəflər mövcud daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolunun erkən parlament seçkilərinin olduğunu bildiriblər.

Baş nazir həmçinin bununla bağlı Ermənistan prezidenti Armen Sarkisyanla da müzakirələr apardığını açıqlayıb.