"Moskvaya göyərti qiymətinə getməyə dəyməz" - VİDEO
    • 15-04-2021, 10:45
    • 561

"Moskvaya göyərti qiymətinə getməyə dəyməz" - VİDEO

"Mənə bloqqer Sevinc deyirlər. Gileylənməyəcəm, sosial şəbəkələrdən, reklamdan qazanırıq. Düzdür, əvvəlki kimi deyil, amma Moskvaya göyərti qiymətinə toya getməyə dəyməz".

News24.az
xəbər verir ki, bu sözləri əkiz bacılardan biri olan Sevinc Səfərova Xəzər TV-də yayımlanan "Səhər mərkəzi" verilişində deyib.  O, Rusiya toylarına gedən sənət adamlarını tənqid edib: "İnsan özünə, sənətinə qiymət verməlidir. Düşünməlisiniz ki, orada illərdi yaşayan, çalışan ifaçılar var. İndi gedənlər orada yaşayanlara da mane olur. Elə bir qiymətə toya gedirlər ki... Baxıb deyir ki, onu bu qiymətə çağırmaqdansa, Azərbaycandan gələn on başqa müğənnini dəvət edərəm. Bu həm bizə, həm də orda yaşayan həmkarlarımıza haqsızlıqdır. Lazım deyil hamı köçsün ora".