"Ayağının suyunu içəcəm" - Əməkdar artist komaya düşən ANASINA SƏSLƏNDİ
    • 15-04-2021, 11:22
    • 567

"Ayağının suyunu içəcəm" - Əməkdar artist komaya düşən ANASINA SƏSLƏNDİ

Xəbər verdiyimiz kimi, Əməkdar artist Nigar Şabanovanın anası komadadır.

News24.az
bildirir ki, sənətçi "İnstagram"da anasının fotosunu paylaşaraq izləyicilərdən ona dua etməsini istəyib: "Bu gün anam bir dəfə gözün açıb yumub. Dua edin anama. Ana, nə olar aç gözünü. Tez oyan. Ayağını suya qoyub, ayağının suyunu içəcəm. Əhd eləmişəm, Allaha and olsun içəcəm. Məni sənsiz qoyma. Mən sənsiz elə təkəm ki...Valideynlərini atan övladlar, siz insan deyilsiniz. Övlad valideynsiz necə dözər? Anama dua edin, dostlar nə olar. Evimiz atamsız, anamsız bomboşdur. Atam yaxşılaşır, şükürlər olsun Allaha. O, gün olsun yazım ki, anam yaxşıdır. Anasız ev çox boşdur. Güclü olmağa çalışıram amma qız anasız çox tək olarmış".