-
- 4-04-2021, 13:17
- 520
"Gözəl qızların Uca Allaha, sonra da mənə əmanətdir" - XATUN QARDAŞINDAN YAZDI
Stilist Balaşın vəfatından 40 gün ötür.
News24.az xəbər verir ki, bu barədə onun bacısı müğənni Xatun Əliyeva "İnstagram"da paylaşım edib: "Artıq 40 gün keçdi. Sənsiz yaşayıram. Canım o qədər yanır ki, sözlə ifadə etmək mümkün deyil. Mənim əvəzolunmazım, dərd ortağım, məsləhət yerim, göznurum, atam, anam, dostum, qardaşım, can parçam. Sənsiz bir boşluğun içində dağılan parçalarımı toplamağa çalışıram. Dünyanı boz görürəm, sanki bütün gözəl rənglər səninlə birgə yoxa çıxıb. Mən bilmirəm necə özümə gələcəm, nə vaxt ayağa qalxa biləcəm. Sənin iki gül balan indi mənim ən böyük təskinliyimdir. Rəbbim mənə güc, möhlət, imkan versin, körpələrin üçün arzuladığın həyatı onlara yaşada bilim. Gözəl qızların Uca Allaha, sonra da mənə əmanətdir. Yerin həmişə, hər yerdə görünəcək. Mənim yaraşıqlı, gözəl qəlbli qardaşım. Nurlar içində yat. Allah sənə qəni qəni rəhmət eləsin!"