-
- 23-10-2018, 11:55
- 889
Jurnalistin ölüm əmrini şahzadənin müşaviri verib: “O itin başını mənə gətirin”
Ərəb jurnalist Camal Kaşıkçının ölüm əmrini Səudiyyə Ərəbistanı şahzadəsi Salmanın müşaviri Kahtani verib.
“Skype”la baş konsulluğa zəng edən Kahtani əvvəlcə Kaşıkçını təhqir edib, sonra isə “Bu itin başını mənə gətirin” əmrini verib. İddiaya görə “Skype” danışıqlarının səsyazısı Türkiyə hökumətindədir.
“Washington Post” qəzetinin müxbiri yazır ki, şahzadənin müşaviri Suud əl Kahtani Kaşıkçının ölüm əmrini vermək üçün 2 oktyabrda konsulluğa “Skype” vasitəsilə zəng edib. “Reuters”in məlumatına əsasən, Kahtani Camalı təhqir edib sonra isə ölüm dəstəsinə “bu itin başını mənə gətirin” əmrini verib.
Vəliəhd şahzadə Salmanın müşaviri Suud əl Kahtani vəliəhdin müxaliflərə təhdid üçün Tvitterdə qurduğu trol ordusunun rəhbəridir. 3 min dollar maaş alan yüzlərlə trol kimə hücum etmək, hansı mövzuda tvit atmaq üçün gündəlik ondan təlimat alırlar.
//ölkə.az