Uşaq və yeniyetmələr arasında piylənmə artıb
    • 15-04-2021, 15:53
    • 576

Uşaq və yeniyetmələr arasında piylənmə artıb

"2019-cu ildə 1 234 nəfər ilkin dispanser qeydiyyatına alınıb, onlardan 667 nəfəri 0-17 yaşlı uşaqlardır".

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

Onun sözlərinə görə, ümumilikdə qeydiyyatda olan 5 591 nəfərdən 1 291-i 0-17 yaşlı uşaqlar olub: "Bu da o deməkdir ki, bu sahədə artım tendensiyası müşahidə olunur".

Nazirlik rəsmisi qeyd edib ki, son 20 ildə ölkədə uşaq və yeniyetmələr arasında çəki artımı, piylənmə artıb: "Artıq çəkidən əziyyət çəkən insanlarda şəkərli diabetə rast gəlinir. 2020-ci ildə 287 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb. Diabet xəstələrindən 1 957 nəfəri 0-17 yaşına qədər uşaqlardır”.