"Ermənistanın bu hərəkətləri hərbi cinayətdir" - - TBMM HESABAT YAYDI
    • 15-04-2021, 18:50
    • 415

"Ermənistanın bu hərəkətləri hərbi cinayətdir" - - TBMM HESABAT YAYDI

"İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu sistematik olaraq beynəlxalq humanitar qanunları pozdu, klaster bombaları və fosforlu güllələr kimi qadağan olunmuş silahlardan istifadə etdi, mülki şəxslərin yaşayış sahələrinə, qəbiristanlıqlarına, məktəblərinə, səhiyyə binalarına, elektrik enerjisinə, qaz və su kəmərlərinə qəsdən hücum etdi".

News24.az "Anadolu ajansı"na istinadən xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Haqlarını Araşdırma Komissiyasının iclasında AKP Bursa millət vəkili Hakan Çavuşoğlu deyib.

O bildirib ki, Gəncə hücumlarında evlər, tarixi və mədəni əhəmiyyətə malik yerlər, böyük ticarət məkanları və bənzər ictimai yerlər ciddi şəkildə ziyan görüb, məhv edilib:  "Hücumlar nəticəsində 94 mülki vətəndaş həlak oldu, 405-i yaralandı. 3 min 326 ev və 504 obyekt, 120 çoxmərtəbəli yaşayış binasının dağıldığı müəyyən edildi. Göründüyü kimi, Qarabağdakı qarşıdurmalarda ön plana çıxan Ermənistanın hərəkətləri mülki və yaşayış məntəqələrinə hücum idi. Ermənistanın bu hərəkətləi hərbi cinayətdir".