Hindistanda sutkalıq yoluxma 217 MİNİ KEÇDİ
    • 16-04-2021, 10:37
    • 415

Hindistanda sutkalıq yoluxma 217 MİNİ KEÇDİ

Hindistanda gündəlik koronavirusa yoluxma sayı sürətlə artmaqda davam edir.

News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama edib. Bildirilib ki, Hindistanda sutka ərzində 217 min 353 nəfərə COVID-19 diaqnozu qoyulub. 1,1 min xəstə isə vəfat edib. 

Qeyd edək ki, Hindistanda yoluxma sayı 37 gündür artmaqda davam edir.