"Bacımla əri oksigen aparatı ilə nəfəs alır, uşaq isə..." - XATİRƏNİN QARDAŞI
    • 16-04-2021, 13:57
    • 1 394

"Bacımla əri oksigen aparatı ilə nəfəs alır, uşaq isə..." - XATİRƏNİN QARDAŞI

Xəbər verildiyi kimi, müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin koronavirusa yoluxub. Hər ikisi ötən gecə xəstəxanaya yerləşdirilib. 

News24.az-a açıqlama verən sənətçinin qardaşı bildirib ki, hər ikisi hazırda oksigen aparatına qoşulub: "İkisi də oksigenlə nəfəs alırlar. Sağ olsun, həkimlərimiz zamanında müdaxilə elədilər. İndi vəziyyətləri stabilləşib. İlk bacım yoluxmuşdu, sonra da həyat yoldaşı. Amma çox şükür, uşaq yoluxmadı. İndi onu qorumağa çalışırıq".