İlham Əliyev İsrailli həmkarını təbrik etdi
    • 8-05-2019, 17:33
    • 977

İlham Əliyev İsrailli həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti zati-aliləri Reuven Rivlinə təbrik məktubu ünvanlayıb. 

News24.az xəbər verir ki, məktubda deyilir: 

"İsrail Dövlətinin Prezidenti Zati-aliləri cənab Reuven Rivlinə

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcək. 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".