"Eldar Quliyev kinomuza yeni zövq, rəng, axtarışlar gətirib" - ORXAN ABBASOV
    • 18-04-2021, 13:32
    • 634

"Eldar Quliyev kinomuza yeni zövq, rəng, axtarışlar gətirib" - ORXAN ABBASOV

“Eldar müəllim Azərbaycan kinosunda əvəz olunmaz yerə malikdir. O, kinomuza yeni zövq, rəng, axtarışlar, eksperimentlər gətirib və bu missiyanı daim gənclərə ötürüb”

Bu sözləri News24.az-a açıqlamasında “Debüt”un rəhbəri Orxan Abbasov deyib. O, müəllimini itirdiyinə görə məyus olduğunu dilə gətirib: “O, daima bizə bədii axtarışları tapmağımıza kömək olub, bizi dəstəkləyib. Elə onun yaratdığı “Debüt” studiyası da gənc kinematoqrafçıları bir araya gətmək məqsədilə yaradılıb. Qürur və fəxrlə onun yaratdığı işi davam etdiririk”.

Sevda Bayramova