-
- 19-04-2021, 14:46
- 643
Xumar Qədimovanın çox sevib, ona görə əzab çəkdiyi dövlət nümayəndəsi kimdir? - VİDEO
"Çox fədakar olmağımı, doğmalarıma, dostlarıma olan fədakarlığımı özümə bağışlaya bilmirəm. Bu təbii ki, hamıya aid deyil. O illərə heyifim gəlir, kaş ki, elə olmazdım. Onu özümə bağışlaya bilmirəm... O ömrü hətta yaşanmamış hesab edirəm".
News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova "Heç vaxt, heç yerdə" verilişində deyib. Müğənni söhbət əsnasında onu da bildirib ki, insanları çox tez silə bilmir: "Çox gec silirəm, amma silirəm. Mən sevəndə də çox güclü sevirəm. Fərqi yoxdur, doğma, dost, yar... Atanda da sanki elə bir şey olmayıb. Mən unutmasam, heç kim unuda bilməz".
Müğənni aşiq olduğunu da etiraf edib: "Mən heç kimin bəyənmədiyi birini bəyənə bilərəm. Zövqüm fərqlidir. Bred Pitti, Antonio Banderası bəyənmirəm. Kənardan birini sevmişəm. O, dövlət adamıdır. Aşiq olmuşam, əzab çəkmişəm, amma bir müddət sonra o hiss keçib. Çünki, sevgi mütləq qarşılıqlı olmalıdır. O bilsəydi ki, mən ona aşiq olmuşam, hər şeyini atıb yanıma gələrdi".