Orta sahibkarlıq subyektləri üçün yeni tələblər MÜƏYYƏNLƏŞDİ
    • 20-04-2021, 20:00
    • 405

Orta sahibkarlıq subyektləri üçün yeni tələblər MÜƏYYƏNLƏŞDİ

Orta sahibkarlıq subyektləri üçün yeni tələblər müəyyənləşib. 

News24.az
xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında" qərarında dəyişiklik edib. 

Beləliklə, orta sahibkarlıq subyektlərinin baş mühasibləri 2022-ci il 30 dekabradək peşəkar mühasib sertifikatı əldə etməlidirlər.