Makron Ukraynaya bu tarixdə səfər edə bilər
    • 21-04-2021, 14:42
    • 531

Makron Ukraynaya bu tarixdə səfər edə bilər

Fransa prezidenti Emanuel Makronun Ukraynaya edəcəyi səfər barədə detallar məlum olub. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb. Bildirilib ki, E.Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə sonuncu görüşündə Ukraynaya ziyarət etmək istəyini bildirib. 

Onun səfərinin cari ilin ilk 6 ayı ərzində və ya yay aylarında baş tutacağı açıqlanıb. Dəqiq tarix açıqlanmasa da, səfərin prespektivləri təsdiqlənib.