Moskvada həmyerlimiz ermənilər tərəfindən döyüldü - 100 MİN DOLLARI OĞURLANDI - VİDEO
    • 22-04-2021, 16:14
    • 299

Moskvada həmyerlimiz ermənilər tərəfindən döyüldü - 100 MİN DOLLARI OĞURLANDI - VİDEO

Moskvada həmyerlimiz ermənilər tərəfindən döyülərək 100 min dolları oğurlanıb.

News24.az-a daxil olan məlumata görə, hadisə “Sadovod” bazarında baş verib. Əslən Ordubaddan olan həmyerlimiz 3 erməni tərəfindən aldadıldığını deyib. 

Hadisə şahidlərinin sözlərinə görə, fiziki zorakılıq edən ermənilərdən biri elə həmin bazarda geyim satışı ilə məşğul olub. O, həmin gün valyuta dəyişmək adı ilə sözügedən hadisəni törədib və qaçıb. 

Bildirilir ki, Azərbaycan vətəndaşı bağlı konternerdə aşkarlanıb. Bazara OMON-çular gəlib.

Qeyd edək ki, hadisə araşdırılır.