Deputat: “Vətəndaş vergi ödəyirsə, pullu müalicə almalı deyil”
    • 23-04-2021, 11:30
    • 518

Deputat: “Vətəndaş vergi ödəyirsə, pullu müalicə almalı deyil”

“İcbari tibbi sığorta ilə bağlı layihə artıq pilot layihə olmaqdan çıxıb. Aprelin 1-dən bütün respublika üzrə tətbiq edilir”.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, əhali arasında çox böyük çaşqınlıq yaranıb: “Yüz minlərlə vətəndaşın təyinat olaraq harada müalicə olunacağı açıq qalır. Bizdə hazırlıq yetərli səviyyədə deyilsə, bunu formal olaraq niyə tətbiq edirik? Onda bunu uzadardıq, 2022-ci ildə tətbiq edərdik. Bizim maaşımızdan yanvar ayından icbari tibbi sığortaya vəsait çıxılır. Amma hələ bunun tətbiqində çatışmazlıqlar var. Bu qərar qəbul olunubsa, bunun hələ tam hazır olmaması ilə bağlı bəhanə ola bilməz. Əgər vergi ödənilirsə, vətəndaş pullu müalicə almalı deyil”. /APA/