Somalinin paytaxtında hərbçilər üsyan etdi - Prezident sarayının ərazilər nəzarət altında
    • 26-04-2021, 15:06
    • 467

Somalinin paytaxtında hərbçilər üsyan etdi - Prezident sarayının ərazilər nəzarət altında

Somalinin paytaxtı Mogadişoda hərbi qüvvələr mövcud hakimiyyətə qarşı üsyan qaldıraraq, prezident sarayının yaxınlığındakı əraziləri nəzarətə götürüblər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbçilər bazar günü prezident Məhəmməd Abdullahi Məhəmmədin səlahiyyət müddətinin iki il uzadılmasından narazı qalıblar. Onlar şəhərin şimalındakı bir neçə bölgəni ələ keçiriblər. 

Üsyançılar ölkədəki bütün hakimiyyəti qəsb etdiklərini söyləyən prezidentin istefasına nail olacaqlarını açıqlayıblar.

Somalinin hazırkı baş naziri ordu komandanlığının bir hissəsini dialoqa çağırıb. BMT və ABŞ təmsilçiləri şiddətin başlanmasının qəbuledilməz olduğunu elan ediblər.

Yerli "Goobjoog News" paytaxtdakı bir sıra universitetlərin bağlandığını bildirib.