Nərminin qətli ilə bağlı cinayət işinin istintaqı yekunlaşdı
    • 27-04-2021, 14:44
    • 716

Nərminin qətli ilə bağlı cinayət işinin istintaqı yekunlaşdı

Tovuz rayonu Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə istintaqı aparılan cinayət işi üzrə istintaq yekunlaşdırılmışdır.

Tovuz rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, həmin cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilmiş, ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur.

26 aprel 2021-ci il tarixdə cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir.