Sabunçuda yanğın baş verib: 10 elektrik sayğacı...
    • 27-04-2021, 16:14
    • 263

Sabunçuda yanğın baş verib: 10 elektrik sayğacı...

Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində 10 ədəd elektrik sayğacı və 1 ədəd qaz sayğacı yanıb.

News24.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.