Bakıda yaşayış binasında 10 ədəd elektrik sayğacı yanıb
    • 9-01-2021, 15:25
    • 566

Bakıda yaşayış binasında 10 ədəd elektrik sayğacı yanıb

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 10 ədəd elektrik sayğacı yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.