"Baloğlan müəllimin dostlarının 200 manat pulu yox idi ki..." - TOLİK ƏSƏBİLƏŞDİ
    • 28-04-2021, 10:58
    • 575

"Baloğlan müəllimin dostlarının 200 manat pulu yox idi ki..." - TOLİK ƏSƏBİLƏŞDİ

Aparıcı Tarix Əliyevin (Tolik) sosial şəbəkədə yazdığı status diqqət çəkib.

News24.az xəbər verir ki, o, mərhum Əməkdar artist Baloğlan Əşrəfovdan yazıb: "Baloğlan müəllimin məzarına baxıb çox utandım. Dəfn mərasimini izlədim bir çələng də görmədim. Dostlarının 200 AZN pulu yox idi ki, bir çələng göndərsin. Ona dostum, qardaşım deyənlərə ayıb olsun. Məzarını çiçəklərə qərq edə bilməzdilər?! Mərhumun çox sevdiyim üçün mənə pis təsir etdi. Fani dünya..."