Hərarəti yüksək olan 12 şagird imtahana buraxılmadı
    • 29-04-2021, 16:29
    • 298

Hərarəti yüksək olan 12 şagird imtahana buraxılmadı

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. 

Dövlət İmtahan Mərkəzindən News24.az-a bildirilib ki, ilkin məlumatlara əsasən 12 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.