-
- 3-05-2024, 22:30
- 414
İsrailli nazir: Rəfaha "dərhal və tam güclə" qurudan hücum
İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich X sosial media platformasındakı paylaşımında İsrail və Həmas arasında məhbus mübadiləsi razılaşması üçün aparılan danışıqlarla bağlı açıqlama verib.
News24.az xəbər verir ki, HƏMAS-ın məhbus mübadiləsi üçün Qəzzaya hücumlarına son qoyma şərtini "fırıldaqçılıq" olaraq xarakterizə edən Smotrich, "Bunu imzalayaraq qəbul edən və ya buna göz yuman hər hansı bir İsrail lideri İsrail vətəndaşlarının təhlükəsizliyini bilərəkdən laqeyd etdiyi üçün əbədi olaraq xatırlanacaq".
"İNDİ DƏRHAL TAM GÜCLƏ"
Smotrich həmçinin “Rəfah HƏMAS-ı məhv edənə qədər tam qüvvədədir” sözləri ilə Rəfahı qurudan hücuma keçməyə çağırıb.
Fələstin əleyhinə fikirləri ilə diqqət çəkən Smotriç, HƏMAS ilə əsirlərin azad edilməsi və atəşkəslə bağlı müzakirə edilən hazırkı razılaşmanı dəstəkləməyəcəyini, razılaşmanın təsdiqlənməsinin İsrail üçün "fəlakət" olacağını iddia edib.
Günel Məlikzadə