Dil Komissiyası televiziyaların monitorinqinə başladı
    • 30-04-2021, 13:26
    • 334

Dil Komissiyası televiziyaların monitorinqinə başladı

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi televiziyaların monitorinqinə başlayıb.

Mərkəzdən News24.az-a bildirilib ki, 12 televiziya kanalı monitorinqə cəlb olunub.

Qeyd olunub ki, proses iki ay davam edəcək.

"Qurum 60 saytın monitorinqini başa çatdırıb. Monitorinqin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq", məlumatda bildirilib.