Güləşçimiz ermənini udub qızıl medal qazandı
    • 1-05-2021, 13:27
    • 601

Güləşçimiz ermənini udub qızıl medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turnirində qızıl medal qazanıb.

Federasiyadan News24.az-a verilən məlumata görə, 70 kq çəki dərəcəsində yarışan idmançı finalda Rusiyanı təmsil edən erməni güləşçi Arsen Balayanla qarşılaşıb.

Rəqibini 5:3 hesabı ilə məğlub edən Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

65 kq-da çıxış edən Sabir Cəfərov isə finalda Danil Xarçilavaya (Rusiya) 0:5 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.
Qeyd edək ki, xatirə turnirinə 3 güləşçi ilə qatılan Azərbaycan yığması yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.