Gəncədə 13 min manatlıq oğurluq edən şəxs tutuldu
    • 3-05-2021, 11:55
    • 318

Gəncədə 13 min manatlıq oğurluq edən şəxs tutuldu

Gəncədə mənzildən oğurluq edən şəxs tutulub. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il oktyabrın 10-da şəhər ərazisindəki evlərin birindən 13500 manat dəyərində spirtli içki, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Quliyev saxlanılıb.