Yasamalda evdən 5500 manatlıq oğurluq edildi
    • 15-06-2020, 15:41
    • 751

Yasamalda evdən 5500 manatlıq oğurluq edildi

Bakıda mənzildən 5 500 manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisindəki evlərin birindən 5 500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Məmmədzadə saxlanılıb.

Araşdırma aparılır.