Bakı polisi itkin düşən jurnalistlə bağlı məlumat yaydı
    • 30-10-2018, 14:14
    • 983

Bakı polisi itkin düşən jurnalistlə bağlı məlumat yaydı

İtkin düşən Kanal 13.tv internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu tapılıb. 

Oktyabrın 26-da Şirvan rayon sakini, Nadirli İsmayıl İslam oğlunun itkin düşməsi ilə bağlı Yasamal RPİ 28-ci Polis Bölməsinə müraciət daxil olub.

N.İsmayılın iş yoldaşı Lamiyə Orucova müraciətində vurğulayıb ki, N.İsmayıl oktyabrın 26-da saat 20 radələrində işdən evə getmək adı çıxaraq, ünvana çatmayıb.

Daxil olan müracət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkin düşmə kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilib, onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil verilib. 

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində N.İsmayılın polis tərəfindən tutularaq saxlanılması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir.

//qaynarinfo.az