Itmiş məktəblidən xəbər var
    • 27-04-2019, 18:54
    • 867

Itmiş məktəblidən xəbər var

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu dünən paytaxtda itkin düşmüş 13 yaşlı qızın tapılması barədə məlumat paylaşıb.

Prokurorluqdan News24.az-a verilən məluata görə, Nəsimi rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində rayon ərazisində itkin düşmüş məktəbli tapılaraq ailəsinə təhvil verilib.

Aprelin 26-da Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyeva Aydan Valeh qızının təhsil aldığı Bakı şəhəri 5 nömrəli məktəbdən çıxaraq naməlum istiqamətə getməsi barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə edilmiş müraciət əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyeva aprelin 27-də tapılaraq ailəsinə təhvil verilib.