"10 may tarixindən hər kəs vaksinasiya oluna bilər" - Teymur Musayev
    • 6-05-2021, 12:20
    • 334

"10 may tarixindən hər kəs vaksinasiya oluna bilər" - Teymur Musayev

"Cari ilin 18 yanvar tarixindən başlayaraq vaksinasiya uğurla aparılır. Tibb işçiləri arasında 90%-ə qədəri vaksin edilib, təhsil sektorunda çalışanlar isə bu rəqəmə yaxınlaşır".

News24.az-ın məlumatına görə, bu fikirləri Səhiyyə nazirinin birinci müavini Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. 

O qeyd edib ki, vaksin bölgüsü ölkələr arasında qeyri-ədalətli gedir: "Buna baxmayaraq ölkə başçısının səyi nəticəsində ölkəmizə yeni vaksinlər gətirilir. Vaksinasiyanın mövsümi xarakter daşıyacağını qeyd etməliyik. Avropa və ABŞ vaksin istehsalçıları ilə danışıqlar gedir. Bundan sonra da vaksinlər gətirləcək. Sinivac şirkətinin Coronavac vaksini təhlükəs platformada hazırlanır. Bizim ölkəmizdə istifadə edilən bütün vaksinlər təhlükəsizdir. Birinci dozanı alanlar 1600, ikinci dozanı qəbul edən şəxslərin sayı 600 mindir".

Teymur Musayev vurğulayıb ki, könüllülük prinsipi və vətəndaşlıq prinsipini hiss edərək bizim cəmiyyətimiz dünyanın qabaqcıl ölkələrində olduğu kimi vaksinasiyadan keçərək, normal həyata qayıda bilər. 18 yaşından yuxarı olan bütün şəxsləri vaksinasiya kampaniyasında iştirak etməyə çağırıram. Vaksinasiya olunmaq heç də həmin infeksiyadan tam qorunmaq mənasını daşımır. Maska rejimi, sosial məsafə kimi amillər mütləqdir. Qarşıdan gələn bayram gümləri zamanı heç bir məhdudiyyət olmayacaq. Yeganə məhdudiyyət ictimai nəqliyyat olacaq".