Ruslan Səfəroğlunun "oğurluğu" - AUDİO
    • 30-10-2018, 16:03
    • 1 757

Ruslan Səfəroğlunun "oğurluğu" - AUDİO

Araşdırma: Az müddət əvvəl Şəbnəm Tovuzlunun oxuduğu “Xəstəyəm” mahnısı hit oldu. Ardından sənətə bir müddət ara verən həmkarı Yeganə Mürsəlova “Sən də yanarsan” mahnısını dinləyicilərinə təqdim etdi. Lakin Yeganənin mahnısı Şəbnəminki qədər dillər əzbəri olmadı. Çünki dinləyənlər mahnını “Xəstəyəm”ə çox bənzətdilər. Hətta plagiat adlandırdılar. Lakin bəllidir ki, hər iki mahnının bir-birlərinə bənzəməsində bəsit səbəb var-hər iki mahnının musiqi müəllif eyni adamdır-Ruslan Səfəroğlu. 

Beləcə, musiqi müəllifinin özünün özündən "oğurluq" etdiyi faktı aşkarlanmış oldu.


News24.az