Damlanın "Xəncər"i plagiat çıxdı - VİDEO
    • 12-11-2018, 12:10
    • 1 273

Damlanın "Xəncər"i plagiat çıxdı - VİDEO

Müğənni Damlanın oxuduğu mahnının bəndinin plagiat olduğu ortaya çıxıb. 

Damlanı daha da populyar edən, bu ilin aprel ayında təqdim etdiyi "Xəncər" mahnısında plagiat məqamlar aşkarlanıb. Müğəninin sözügedən mahnısının bəndi müğənni Elnarə Xəlilovanın 2012-ci ildə oxuduğu "Ha-ha" mahnısının bəndi ilə eynidir. Sadəcə ritm və tonallıq baxımından fərqlidir. Amma diqqətlə qulaq asdıqda, kantanın eyni olduğunu anlamaq çətin deyil. 
Qeyd edək ki, Elnarənin mahnısının müəllifi hazırda Türkiyədə yaşayan Günel Sərdarqızı, Damlanın mahnısının müəllifi Elçin Məhərrəmovdur. 
İnsafən qeyd edək ki, mahnının bəhs edilən hissəsinin oxşar olması təsadüf ola bilər. Çünki Elçin özlüyündə çox istedadlı gəncdir və müəllifi olduğu digər mahnılarda plagiat məqamları aşkarlanmayıb.

"Xəncər"in bəndinin plagiatlığına əmin olmağınız üçün hər iki mahnının oxşar hissələrini təqdim edirik.

News24.Az