"Njdenin Xocavənddəki abidəsi xüsusi dağıdıcı maşınlarla sökülməlidir" - RUSİYALI EKSPERT
    • 6-05-2021, 18:06
    • 628

"Njdenin Xocavənddəki abidəsi xüsusi dağıdıcı maşınlarla sökülməlidir" - RUSİYALI EKSPERT

"Xocavənd Yerevan deyil. Burada Rusiyanın narazılığına baxmayaraq, ermənilər abidə (Qaregin Njdenin abidəsi nəzərdə tutulur) ucaldıblar. Xocavənd, Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Azərbaycanın - Qarabağın ərazisidir. Bakı abidənin sökülməsinin tərəfdarıdır. Bu belədirsə, o zaman sülhməramlıların əhalinin faşizmi qəhrəmanlıq kimi qəbul edən hissəsinin fikirlərini dinləməyə heç bir səbəbi yoxdur".

News24.az xəbər verir ki, bu sözləri "Caliber.az"a beynəlxalq münaqişələr üzrə rusiyalı mütəxəssis, "Araşdırmaçı Jurnalistika" Youtube kanalının aparıcısı Yevgeni Mixaylov deyib.  O bildirib ki, müharibə cinayətkarı Vitali Balasanyan Qaregin Njdehin heykəlinin bir neçə günlük sökülməsini təklif edib. V.Balasanyan 9 may tarixində Rusiya Böyük Vətən Müharibəsindəki qələbəni qeyd etdikdən sonra isə abidəni yerinə qaytarıla biləcəyini qeyd edib:  "Xocavənddəki heykəl Rusiya tərəfindən qəbul edilmir və Vitali Balasanyan bunu çox yaxşı başa düşür. Üstəlik 9 May - faşizm üzərində Böyük Qələbənin qeyd olunduğu gün yaxınlaşır. Erməni tərəfinin mütləq riyakarlığı məni təəccübləndirmir. Artıq mövcud olmayan separatçı qurumun nümayəndələri Moskvanın rus sülhməramlılarının yerləşdiyi ərazidə faşisti bütləşdirməsi, şərəfinə abidə ucaltması və abidəni sökməkdən qəti şəkildə imtina etməsindən narazı olduğunu yaxşı bilirlər. "Bu sizin üçün Armavir deyil" şüarı, Qarabağ ermənilərinin Rusiyaya olan həqiqi münasibətinin altını çizir. Erməni diasporu Rusiya Armavirindəki büstü qoruya bilmədi və indi Azərbaycanın Qarabağında Njde abidəsinin sökülməsinin qarşısını almağa çalışır. Maraqlıdır, əgər sülhməramlılar özləri abidəni yıxsalar, onlara hücum olacaq? Şübhə edirəm. Sadəcə, Moskva faşizmin təriflənməsindən imtina etdiyini bir daha nümayiş etdirəcək və bu məsələyə son qoyacaq".

Yevgeni Mixaylov bildirib ki, söküntü işləri sülhməramlıların nəzarəti altında və xüsusi dağıdıcı maşınların köməyi ilə həyata keçirilməlidir: "O zaman bərpa ediləcək bir şey olmayacaq. Ermənilərin faşizmi təriflənməsinin əleyhinə olan Moskvanın mövqeyinə hörmət etməmələri tamamilə aydındır və bu belədirsə, onda onları dinləməyə nə ehtiyac var?"