Mask ötən il rekord gəlir əldə edib
    • 6-05-2021, 19:06
    • 564

Mask ötən il rekord gəlir əldə edib

"Tesla" elektrikli avtomobil markasının qurucusu və icraçı direktoru İlon Mask ötən il təxminən 11 milyard dollar qazanıb.

News24.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. 

Bildirilir ki, E.Mask hazırda 164.4 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin ikinci şəxsidir.  O, "Amazon"un qurucusu Ceff Bezosdan geri qalıb. C.Bezos 189.7 milyard dollar sərvətə sahibdir.