Dünyada qidaların qiyməti 11 aydır artmaqda davam edir
    • 6-05-2021, 19:32
    • 536

Dünyada qidaların qiyməti 11 aydır artmaqda davam edir

Dünyada qidaların qiyməti 11 aydır ardıcıl olaraq artmaqdadır.

News24.az xəbər verir ki, bu barədə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının açıqladığı hesabtda bildirilib. 

Bildirilib ki, aprel ayında qida qiymətləri indeksi 120,9 bənd təşkil edib ki, bu da indeksin mart dəyərindən 1,7 faiz, 2020-ci ilin səviyyəsindən isə 30,8 faiz yüksəkdir.

Bildirilir ki, göstəricilər 2014-cü ilin may ayından bəri zirvəyə çatıb. Lakin hələ də 2011-ci ildə qeydə alınan ən yüksək göstəricidən 12 faiz aşağıdır.

Ən mənfi tendensiya şəkərlə əlaqəlidir. Bu məhsulun qiymət indeksi bir il əvvəlki göstəricilərdən 60 faiz yüksəkdir.

Bitki yağı, ət və süd məhsullarının da qiyməti dünya üzrə artıb.