İspaniyanın Milli Kitabxanasında Qalileyin beş kitabı YOXA ÇIXDI
    • 7-05-2021, 11:32
    • 268

İspaniyanın Milli Kitabxanasında Qalileyin beş kitabı YOXA ÇIXDI

İtalyan alim Qalileo Qalileyin beş kitabı İspaniya Milli Kitabxanasından yoxa çıxıb.

News24.az xəbər verir ki, İspaniyanın Mədəniyyət Nazirliyi məlumat yayıb. "Sidereus Nuncius" (1610-cu ildə nəşr edilmiş) traktatının itkin düşməsi haqqında hələ mart ayında məlumat verilib.

2014-cü ildə kitabın itdiyini öyrənən kitabxana rəhbərliyi faktı yalnız 4 il sonra polisə bildirib. İctimaiyyətə isə itki barədə bu yaxınlarda xəbər verilib.

Xüsusi olaraq yaradılmış komissiya tərəfindən Qalileyonun bir deyil, beş kitabının kitabxanadan itdiyi aşkarlanıb.

Bütün itkin nəşrlərin siyahısı Milli Polisə təhvil verilib.