Hindistanda sutkalıq yoluxma yenə 400 mini ötdü
    • 8-05-2021, 10:21
    • 328

Hindistanda sutkalıq yoluxma yenə 400 mini ötdü

Hindistanda sutka ərzində 401 min 78 nəfərədə koronavirus aşkarlanıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 4187 xəstə virusun qurbanı olub. 

Qeyd edək ki, Hindistanda bu günə qədər 21 milyon 892 min 676 yoluxma qeydə alınıb. Ümumi ölüm sayı isə 238 min 270-dir.