Hindistanda sutkalıq yoluxma sayı 412 mini ötdü
    • 6-05-2021, 09:48
    • 320

Hindistanda sutkalıq yoluxma sayı 412 mini ötdü

Hindistanda koronavirusa yoluxmada yeni anti-rekord qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son sutka ərzində daha 412 min 262 nəfərə COVID-19 diaqnozu qoyulub. 3 min 980 koronavirus xəstəsi isə ölüb.

Qeyd edək ki, bu anti-rekord may ayının 1-nə olan göstəricini yeniləyib. Sözügedən tarixdə yoluxma sayı 401 min 993 olub.