"Sərhədçilərimiz ildırımsürətli hücumla düşmənə sar­sıdıcı zərbələr endirib" - Elçin Quliyev
    • 8-05-2021, 16:06
    • 230

"Sərhədçilərimiz ildırımsürətli hücumla düşmənə sar­sıdıcı zərbələr endirib" - Elçin Quliyev

"Döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sər­­hədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermə­nis­tanla dövlət sərhədinədək böyük bir ərazini azad ediblər".

News24.az xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib. Dövlət Sərhəd Xidməti Akademiyasının 10-cu buraxılışına həsr olunmuş mərasimdə çıxış edən E.Quliyev bidlirib ki, sərhədçilərimiz 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sar­sıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv edib: "Qə­dim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsə­bəsin­də və Zəngilan şəhərində Dövlət bayrağımızı sancmış, qızğın dö­yüş­lər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad etmişlər. Bu yüksəkliklərin azad edilməsi uğrunda döyüşlər zamanı bölmələrimizin üzərinə ha­va­dan həm­lə edən SU-25 düşmən təyyarəsinin atıcı silahlardan açıl­mış atəşlə məhv edilməsi də hərb tariximizə həkk olub".