Rəhim Rəhimli buna görə sənətdən GETMƏK İSTƏYİR
    • 11-05-2021, 14:52
    • 743

Rəhim Rəhimli buna görə sənətdən GETMƏK İSTƏYİR

Müğənni-bəstəkar Rəhim Rəhomli efirlərə getməməsinin səbəbini açıqlayıb.

News24.az xəbər verir ki, haqda "Gün ortası" proqramında danışan sənətçi buna səbəb sosial şəbəkələrin olduğunu deyib: "Hər efirə çıxandan sonra  açıqlamalarım saytlarda, İnstaqram səhifələrində paylaşılır. İstifafəçilər həmin paylaşımın altında artıq-əskik fikirlər yazır. Bu da ailəmi narahat edir. Qardaşım dərhal zəng edir ki, hansı proqramda olmusan? İnstaqramda biri belə bir şey yazıb. Onları tapmaq çox asanddır: ya belə, ya hüquq-mühafizə orqanları tərəfindən. Anam da narahat olur. Bunların tərbiyələri haradandır? Necə tərbiyələniblər? Ona görə belə şeyi görəndə insan hər şeyə son qoyub, getmək istəyir. Sənəti sonlandırmaq istəyirsən".