Həmkəndlisini güllələyən şəxs həbsdə ölüb
    • 31-10-2018, 11:47
    • 843

Həmkəndlisini güllələyən şəxs həbsdə ölüb

Azərbaycanda məhkum xəstəlikdə ölüb.

Hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.
Orada saxlanılan 1973-cü il təvəllüdlü Zahir Fərman oğlu Əsgərov xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, 2015-ci ildə Lənkəranın Girdəni kənd sakini, əvvəllər məhkum olunmuş, 1973-cü il təvəllüdlü Zahir Fərman oğlu Əsgərov aralarında yaranan şəxsi münasibətlər zəminində həmkəndlisi, 1975-ci il təvəllüdlü Müşfiq Məzahir oğlu Abdullayevə avtomatdan atəş açaraq onu öldürüb.

//Report