-
- 14-05-2021, 15:19
- 572
Baş Prokurorluq gəncin intiharı ilə bağlı araşdırmalara başladı
Yasamal rayonu ərazisində gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü yerə ataraq intihar etməsi ilə bağlı Yasamal rayon prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.
Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən, digər zəruri prosesual tədbirlər həyata keçirilib. Hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.