-
- 15-05-2021, 16:15
- 422
ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini DAYANDIRILDI
ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb.
News24.az xəbər verir ki, bu barədə səfirliyin "Twitter" hesabında məlumat verilib.
Bildirilib ki, mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar səfirliyin Təl-Əviv şöbəsi gündəlik viza xidmətlərini müvəqqəti dayandırır.
"Gündəlik viza xidmətlərini ən qısa müddətdə bərpa edəcəyik, lakin hazırda müəyyən bir tarix deyə bilmirik", - səfirliyin məlumatında bildirilib.
ABŞ səfirliyi bildirib ki,Qüdsdəki konsulluğun fəaliyyətində dəyişiklik yoxdur.
Xatırladaq ki, mayın 10-dan etibarən İsrail ordusu və "Həmas" arasında gərginlik yaranıb. Bu günə qədər davamedən qarşılıqlı hava zərbələri nəticəsində 139 fələstinli, 11 İsrail vətəndaşı həlak olub. /apa.az