Türkiyədə “Bir millət, iki dövlət” mövzusunda videokonfrans KEÇİRİLƏCƏK
    • 15-05-2021, 18:13
    • 534

Türkiyədə “Bir millət, iki dövlət” mövzusunda videokonfrans KEÇİRİLƏCƏK

Mayın 17-də Türkiyənin paytaxtı Ankarada Azərbaycanın dövlət müstəqilliyimizin 103-cü ildönümü münasibətilə Azərbaycan-Türkiyə münasibətləri və ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Bir millət, iki dövlət” mövzusunda videokonfrans keçiriləcək.

News24.az xəbər verir ki, sosial şəbəkə profillərindən yayımlanacaq videokonfransda 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yol, tarixi dövlətçiliyin əsasları, AXC-nin süqutunun səbəbləri, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası və Azərbaycan-Türkiyə münasibətlərinin bərpasına yönəlik fəaliyyəti kimi məsələlərdən bəhs olunacaq.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attarın sədrliyi ilə keçiriləcək videokonfransda Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Erenin çıxışları nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyə vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00-da) başlayacaq videokonfrans izləyicilər üçün açıqdır. /report.az