-
- 17-05-2021, 10:04
- 545
Bakı-Sumqayıt qatarlarının sayı azaldı - SƏRNİŞİNLƏR ETİRAZ EDİR - FOTO - VİDEO
Sumqayıt-Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində edilən dəyişiklik bu gün səhər saatlarında dəmiryol dayacaqlarında və Bakı Dəmiryol Vağzalında sıxlığa səbəb olub.
News24.az xəbər verir ki, qatarlarının sayının azalması sərnişinlər tərəfindən böyük etirazla qarşılanıb. 08:03, 08:18, 08:28 və 08:38 qatarları əvəzinə reysə cəmi 08:13-də bir qatar buraxılıb. Nəticədə isə sıxlığa görə vaqonlara daxil ola bilməyən sərnişinlər qatarın hərəkətinin yubanmasına səbəb olub. Eyni zamanda biznes sinifinə bilet satışının yeni qrafikə uyğunlaşdırılmaması həmin sinifə bilet alanların da ayaq üstə səfər etməsinə gətirib çıxarıb.
Son dayancaq olan Bakı Dəmiryol Vağzalında isə turniketdən keçid üçün yaranan növbə sərnişinlərin əsəblərini tarıma çəkib. Onlar reyslərə əlavə qatarların buraxılmasını tələb ediblər.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanladıq. Qurumdan bununla bağlı tezliklə rəsmi açıqlama ediləcəyi bildirildi.