Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur - MN - VİDEO
    • 17-05-2021, 10:57
    • 266

Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur - MN - VİDEO

Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Müdafiə Nazirliyindən News24.az-a bildirilib ki, təlimlərin planına uyğun olaraq qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.

Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunur.