Qəbələnin Nic qəsəbəsində yeni məktəb tikiləcək - SƏRƏNCAM
    • 17-05-2021, 11:30
    • 298

Qəbələnin Nic qəsəbəsində yeni məktəb tikiləcək - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonunun Nic qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

News24.az
xəbər verir ki, Sərəncama əsasənQəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.